Rusiyada əhalinin mənsub olduğu dinlərə görə statistikası açıqlanıb.
Araşdırmalar federasiyada müsəlmanların sayının davamlı şəkildə artdığını göstərir.
“Azerimuslims.com”
 xarici KİV-ə istinadən bildirir ki, Rusiyanın “Levada” Araşdırma 
Mərkəzinin (AM) hesabatına görə, ölkədə heç bir dinə inanmayan 
ateistlərin sayı əvvəlki illərlə müqayisədə azalıb.
Qurumun
 apardığı araşdımalar nəticəsində federasiyadakı müsəlmanların sayı 
artaraq, 3%-dən 7%-ə çatıb. “Levada” AM-ın mətbuatla paylaşdığı 
araşdırma nəticələrinə görə, 143 milyon insanın yaşadığı Rusiyada 
əhalinin 74%-i xristianlığın pravoslav cərəyanına mənsubdur.
Maraqlıdır
 ki, qurumun hesabatında 2009-cu ildə sözügedən göstəricinin 80% təşkil 
etdiyi qeyd olunaraq, pravosların sayının 6% azaldığı halda 
müsəlmanların sayının 4% artdığı bildirilib. Habelə araşdırmada hər 
hansı bir dinin mənsubu olmadığını bildirənlərin sayının 10%-ə çatdığı, 
özünü ateist kimi qələmə verənlərin sayının isə 6%-dən 5%-dən azaldığı 
müəyyən edilib. /azerimuslims/
 
 
ليست هناك تعليقات:
إرسال تعليق